SON XƏBƏR

Azərbaycan daha 106 vətəndaşını Türkiyədən təxliyə etdi

Aprel 03
17:26 2020
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. 

Bu barədə məlumatı AZAL yayıb.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. 

Eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə 69 sərnisi üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın  təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

"AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - deyə aviaşirkət bəyan edib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook