SON XƏBƏR

Azərbaycan cüdoçusu FİNALDA

May 13
11:35 2017
Azərbaycan cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda finala çıxıb.

Trend-in məlumatına görə, finala vəsiqə qazanan idmançımız Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordanialı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook