SON XƏBƏR

“Azərbaycan bu silahları muzeydə saxlamaq üçün almayıb” – Ermənilər vahimə içində...

Dekabr 27
09:08 2018
Vahram Balayan: "Onlar İrəvan və Göyçəyə də iddia edir”

"Azərbaycan bu silahları muzeydə saxlamaq üçün almayıb” 

Qondarma Dağlıq Qarabağ "respublikası” "parlamenti”nin sədr müavini Vahram Balayan Azərbaycan ordusunun müasir silahlarla təchizatından narahatlığını dilə gətirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan ordusunun arsenalındakı dağıdıcı silahlara diqqət çəkən Balayan, bu silahların onlar üçün təhlükəsindən bəhs edib:

"Onlar milyonlar qarşılığında aldıqları silahları Balı muzeyində saxlamayacaqlar. O silahlardan bir gün atəş açılacaq, onlar buna daim hazırlanırlar”.

"Azərbaycan bu silahları muzeydə saxlamaq üçün almayıb”.

Balayan Azərbaycanın İrəvan və Göyçə torpaqlarını dilə gətirməsindən də narahatlığını ifadə edib. O, 2016-cı ilin aprel döyüşlərini, ermənilərin acı məğlubiyyətini də vahimə ilə yada salıb.

Xatırladaq ki, Azərbaycan uzun illərdir ki, işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasına çalışsa da, rəsmi İrəvan Bakının sülh səylərinə lazımi qarşılıq vermir. Hansı ki, rəsmi Bakı heç bir halda işğal faktı ilə barışmayacağını və hansı yolla olursa-olsun bu torpaqları geri qaytaracağını bəyan edib. Azərbaycan ordusunun qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğu da həm ölkə başçısı, həm də digər yetkililər tərəfindən zaman-zaman dilə gətirilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook