SON XƏBƏR

Azərbaycan Belarusla yoldaşlıq matçı keçirəcək

Fevral 08
13:30 2018
AFFA Azərbaycan millisinə yoldaşlıq görüşü üçün daha rəqib tapıb

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığmamız gələn ay Belarusla üz-üzə gələcək.

Martın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri ondan 4 gün əvvəl Belarusu qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Qurban Qurbanovun yerli publika qarşısında ilk sınağı olacaq.

Matçın başlama saatı da artıq bəllidi. Belə ki, Azərbaycan – Belarus qarşılaşmasının start fiti martın 23-də saat 20:00-da səslənəcək.

Qeyd edək ki, yığmamız iyunun 9-da səfərdə Latviya ilə yoldaşlıq görüşü keçirəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook