SON XƏBƏR

Azərbaycan Antiqua və Barbudaya yardım edib

Fevral 20
11:46 2020
Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, Azərbaycanda istehsal olunan tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən yardım 19 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilmişdir.

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak etmişlər. Göstərilmiş yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmiş və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırmışdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook