SON XƏBƏR

Azərbaycan alması Ermənistanda, erməni əriyi Azərbaycanda-Bərbəryanın iddiası

May 15
16:12 2017
Azərbaycan meyvə-tərəvəzinin Ermənistana gətirilməsi ilk dəfə deyil.
 
Ermənistanın Aqrar-fermer birliyinin rəhbəri Qraç Bərbəryan Ermənistan sərhədindən gömrük nəzarəti olmadan, Baqrataşen gömrüyü əməkdaşlarının səhlənkarlığı nəticəsində rüşvətlə keçirilən məhsullar, o cümlədən Azərbaycan alması ilə bağlı jurnalistlərin suallarına cavabında belə deyib.
 
O, Baqrataşen gömrüyünün erməni kəndlərinin sakinlərinin meyvə-tərəvəzi qanunsuz yolla daşınmasından danışarkən deyib ki, Azərbaycan alması Gürcüstan üzərindən gətirildiyi üçün burada sensasiya axtarmağa dəyməz. Bildirib ki, bu mal oradan ölkəmizə ilk dəfə deyil ki, gətirilir. Ardınca Bərbəryan Ermənistan əriyinin də Azərbaycan bazarlarında "peyda” olduğunu xatırladıb. "Bazar bazardır, hardasa tələbat varsa, o zaman təklif də olacaq”-o, əlavə edib.
 
Qeyd edək ki, bu günlərdə Azərbaycandakı ekspertlər də ölkə bazarlarına Ermənistan məhsullarının daxil olduğunu açıqlamışdılar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook