SON XƏBƏR

Azay Quliyev: Ermənistanın BMT-dəki təxribatının qarşısı alınmalıdır

Aprel 24
00:10 2019
"Bildiyiniz kimi hər bir BMT üzvü olan ölkələr beynəlxalq quruma illik hesabat təqdim edirlər. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib. Ermənilər qondarma "Dağlıq Qarabağ Respublikasının” hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”. 
 
Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev deyib.

A.Quliyev  bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: "Buna müvafiq qurumlar tərəfindən münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib. Onun qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun. Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook