SON XƏBƏR

Azay Quliyev Dövlət Agentliyinin Müşahidə Şurasının sədri seçildi

Aprel 30
15:53 2021
Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook