Azay Quliyev: “Demokratik dəyərləri və insan hüquqlarını qurban verməməliyik”
Mart 28
17:32
2017
Azay Quliyev Sankt-Peterburqda BMT Təhlükəsizlik
Şurasının qətnaməsini tənqid etdi.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: "Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərləhəqiqiqaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.
Qlobal.az
ATƏT Parlament
Assembleyasının vitse-prezidenti Azay Quliyev 28 mart 2017-ci ildə
Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər
Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasının birgə təşkil etdiyi "Beynəlxalq
Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.
"Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar”
mövzusunda məruzə edən ATAT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə
baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan
qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını
bildirib: "Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən
qorumağı bacarmalıdır. Bu dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir.
Dünya birliyi, ayrı-ayrı ölkələr beynəlxalq
terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və "ümumi düşmənlə”
effektiv şəkildə mübarizə aparmalıdır. Lakin, dövlətlər elə etməlidir
ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar
standartlar pozulmasın, başqa sözlə, demokratik dəyərlər və insan hüquqları
terrorla mübarizəyə qurban edilməsin. Əksinə, terrora qarşı mübarizədə yeganə
uzunmüddətli və səmərəli vasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq
razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən
insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi
nailiyyətlər əldə etmək olar”.
Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq
axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu
deyib: "Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri
törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara
pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq
axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd
edilməsinə səbəb ola bilməz. Eyni zamanda onların ağır cinayətlər törətmiş
etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas
yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını
qoruya bilməsək, nəticədə terroristlər və bütövlükdə terror bütün bəşəriyyətə
qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə
çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər
və prinsipləri məhv etməkdən ibarətdir”.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib: "Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərləhəqiqiqaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar”.
İkinci məsələ sığınacaq
axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara
münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz
qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi
istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir.
Bu həbslər yalnız o zaman
qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr
olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili
qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də
qeyd edilən prosesə uyğun olmalıdır.
Digər bir mühüm məsələyə - qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan
Azay Quliyev qeyd edib: "Unutmaq olmaz ki, həqiqi qaçqınlar və
sğınacaq axtaranlar terrorun qurbanı
olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə
məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz
qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq
müdafiə olunmalı və əsasssız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər.
Mən dövlətləri beynəlxalq hüququn tələbinə
əməl etməyə çağırıram”.
1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq
verilmiş qərara uyğun olaraq qaçqınların
ölkədən çıxarılmasına - deportasiyasına milli təhlükəsizlik və ya ictimai
asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı
irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait
yaradılmalıdır”.
Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və
sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373
nömrəli qətnaməsini tənqiq edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi
bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə, qanun pozuntularına səbəb olur.
"Qətnamədəki
müddəaların bəziləri mövcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə
yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda
isə pozuntularla səbəb olur. Ona görə də
sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq
edilməlidir.
Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin
qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız
qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”.
Sonda, ATƏT PA-nın
vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən
tövsiyələrin qlobal terrorizmlə mübarizə konteksində insan hüquqlarının müdafiə
edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.