SON XƏBƏR

Azay Quliyev Bordyujaya sərt cavab verdi

Dekabr 30
15:28 2016
"Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi Bordyuja ilə birlikdə ölkəmizə təxribat planı hazırlayıblar” 

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbul edilməzdir”.

Bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. O, daha sonra fikrini əsaslandıraraq qeyd edib: "Birinci ona görə ki, Bordyuja beynəlxalq hüquq normalarının, BT TŞ-nın qətnamələrinin və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin  tələblərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən işğal edilmiş və  separatçılar tərəfindən yaradılmış qondarma bir qurumu Dağlıq Qarabağ Respublikası adlandırıb.

İkincisi, KTMT-nin heç bir üzvü – Qazaxıstan, Qırğızıstan, Belarus,  Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda Bordyujanın bu bəyanatı təmsil olunduğu təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Hesab edirəm ki,  bu baş katibin ciddi məsuliyyətsizliyi və özfəaliyyətidir. Düşünürəm ki, işğalçı Ermənistan istisna omaqla təşkilatın bütün üzvləri baş katibin bu yersiz və əsassız bəyanatına münasibət bildirməlidir. Ən azındən  səfirlik səviyyəsində biz onlardan açıqlama və izahat gözləyirik.

Üçüncü Bordyujanın DQ-lə baglı verdiyi bəyanat və atəşkəsin pozulmasına  görə ad çəkməsə də Azərbaycanı ünvan  kimi göstərməsi də bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bordyuja ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünki sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordjyue Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və DQR ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiyi bəyanatla  üst-üstə düşür. Sual olunur Bordyujanın belə bir səviyyəyə enməsinə səbəb nədir? Niyə o erməni separatçılarının sözçüsü qismində çıxış edir?

Sonda onu da qeyd etmək lazımdır ki, Bordyujanın bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna  tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları Baş Katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər”.(musavat.com)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook