SON XƏBƏR

AZAL prezidentinin qızının qanunsuz biznesi

Sentyabr 06
13:43 2017
Hava limanında tikilən fabrikin gəliri hara gedir?
 
AZAL prezidenti Cahangir Əsgərovun qaranlıq fəaliyyəti və həyat yoldaşı ilə müqavilə bağlayaraq dövlətin 2 milyardını "əritməsi” ilə bağlı məlumatlar ölkə mediasında dərc olunub.
 
Lakin faktlara biganə qalan aidiyyatı qurumlar AZAL rəhbərinin saxtakarlığını araşdırmamaqla yeni maliyyə mənimsəmələrinə şərait yaratmaqdadırlar.Daxil olan faktlarda qeyd olunur ki, Cahangir Əsgərov 2 milyard vəsaiti mənimsəməklə yanaşı ailəsinin digər üzvlərini də öz şəxsi məqsədlərinə alət edib. AZAL prezidenti qızının adına tikdirdiyi mebel fabriki ilə bağlı faktlar Cahangir Əsgərovun dövlət əmlakını necə taladığını bir daha təsdiq edir.
 
Araşdırmalardan məlum olur ki, AZAL prezidentinin iki qızı var və qızlardan Cəmilə xanım ispan əsilli İqnazio Cokaçi ilə ailə həyatı qurub. Digər qızı Mila xanım ingilis əsilli Robert Nortonla evlidir.
 
AZAL prezidentinin böyük qızının həyat yoldaşı Azərbaycan Hava Yollarının İK Limited şirkətində katib vəzifəsində çalışır. Cəmilə xanım isə Heydər Əliyev adına Hava Limanında atası tərəfindən tikilən mebel fabrikinin rəhbəridir.
 
Fabrikin tikildiyi ərazi hava limanının daxili hissəsinə aid olduğunudan ora keçmək və müşahidələr aparmaq mümkün olmadı. Lakin Realliq.info – nun araşdırmaları zamanı ortaya çıxan faktlar Cahangir Əsgərovun qanunsuz biznesini aşkara çıxarmış olur. Belə ki, sayta daxil olan məlumatda bildirilir ki, AZAL prezidentinin qızına hədiyyə etdiyi fabrik rəsmi sənədlərdə Aeroportun anbarı kimi qeyd olunub. Fabrikin tikildiyi ərazi dövlətin strateji obyektinin ərazisidir və orda şəxsi obyektlərin tikilməsi qadağan olunur. Lakin Cahangir Əsgərov aeroport ərazisini zəbt edərək şəxsi maraqlarını qanuni tələblərdən üstün sayıb.
 
Hazırda fəaliyyət göstərən mebel fabriki heç bir dövlət orqanında qeydiyyata alınmayıb. Fabrikin sahibi olan Cəmilə xanım dövlət vergisindən də yayınaraq qanunsuz biznesinə davam edir. Fabrikdə istehsal olunan mallar Cahangir Əsgərovun tapşırığı ilə qanunsuz yükdaşımalarla xaricə aparılır. Mebellərin daşınması zamanı heç bir gömrük rüsumu ödənilmir. Qanunsuz biznesdən əldə edilən gəlir isə AZAL prezidentinin kürəkənlərinin xaricdəki hesablarına köçürülür. 
 
Aeroport ərazisində tikilən mebel fabrikinin rəsmi qeydiyyatı olmadığı kimi adı da yoxdur. Fabrikin binasını hava limanı ərazisinə daxil olmadan görmək mümkün deyil. Maraqlıdır ki, illərdir fəaliyyət göstərən fabrikin adına heç bir rəsmi qurumda rast gəlmədik. Dövlət qurumlarının fəaliyyətində və rəsmi sənədlərində qeyd edilməyən biznesin gizlədilməsi bir sıra suallar yaradır. Cavab isə bəllidir – Cahangir Əsgərov dövlətin qanunlarından öndə dayanır.
 
Dövlətdən oğurlanan milyonları ölkədən çıxaran AZAL prezidentinin yaratdığı ailə şirkətinin digər qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.
 
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook