SON XƏBƏR

Aygün Kazımova DTX-nin əməkdaşı oldu

May 27
11:15 2017
Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin solisti təyin olunub.
 
Qlobal.az xəbər verir ki, bu barədə aznews.az-a Aygün Kazımovanın mətbuat xidmətinin rəhbəri İsa Şükürov məlumat verib. Onun sözlərinə görə, sənətçiylə bağlı əmr bu gün verilib:
 
"Dövlət Təhlükəsizlik Xidmətindən dəvət gəldi. Aygün Kazımova da bu dəvəti qəbul elədi.”
 
Xalq artisti Aygün Kazımova "28 MAY – Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev də iştirak edib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook