SON XƏBƏR

Aydın Mirzəzadə: "Vətəndaşlar bir daha gördülər ki, cənab Prezident onların qayğılarından məlumatlıdır"

Fevral 08
09:02 2019
Prezident İlham Əliyevin zəlzələdən cəmi bir gün sonra zəlzələ zonasına səfər etməsi onun cəmiyyətin qayğıları ilə yaşadığını, cəmiyyətdə baş verən hadisə barəsində məlumatlı olduğunu və bunun həllinə dair ciddi tədbirlər görmək əzmini göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin zəlzələdən dərhal sonra Şamaxıya səfər etməsi ilə bağlı deyib. Deputat Prezidentin daim ölkədə baş verən müxtəlif problemlərin həlli ilə yaxından maraqlandığını bildirib:

"Prezidentin iş qrafiki uzun müddət əvvəldən tutulur və hər bir dəqiqəsi hansısa bir problemin həllinə və yaxud da ölkə üçün vacib olan görüşlərin təşkilinə hesablanır. Ancaq ölkə başçısının zəlzələ baş verəndən dərhal sonra iş qrafikini kökündən dəyişərək həmin bölgəyə səfər etməsi göstərir ki, onun üçün Azərbaycan vətəndaşının rastlaşdığı hər hansı bir ciddi problemin həllindən vacib bir məsələ yoxdur. Prezidentin səfər etməsi, maraqlanması, fəsadların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə müvafiq orqanlara tapşırıqlar verməsi olduqca təqdirəlayiqdir. Vətəndaşlar bir daha gördülər ki, cənab Prezident onların qayğılarından məlumatlıdır, problemlərini həll etmək iqtidarındadır və ölkə ilə bağlı istənilən məsələyə dair onun konstruktiv həll proqramı var. Bundan əvvəl də onun şəhid ailələri ilə, gənclərlə görüşü və buradan irəli gələn məsələlərlə bağlı qərarlar qəbul etməsi cəmiyyətin ona olan inamının heç də əsassız olmadığını göstərir. Heç bir şübhə yoxdur ki, zəlzələnin fəsadları qısa zamanda aradan qaldırılacaq”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Şamaxıya gedib, zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook