SON XƏBƏR

Aydın Hüseynov: Vətəndaşların sosial müdafiəsinin daha etibarlı şəkildə qorunması dövlərin başlıca prioritedir

Yanvar 24
16:00 2017
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
 
Sənədə əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi nəzərdə tutulub. 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub. Ulu öndər Heydər Əliyev və Onun siyasi varisi Prezident İlham Əliyev doğma torpaqlarını itirmiş soydaşlarımızın ən yüksək səviyyədə qayğı ilə əhatə olunmasına nail olublar. Onların sosial vəziyyətinin   yaxşılaşdırılması  üçün Azərbaycan  dövləti  çox  ciddi  tədbirlər  həyata  keçirmiş, məcburi  köçkünlərin  mənzillə  təmin olunması,  sosial  vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun  artırılması  üçün xüsusi  dövlət proqramları  qəbul olunub və uğurla həyata keçirilir.
 
Millət vəkili qeyd edib ki, aparılan uğurlu sosial siyasət nəticəsində bütün çadır şəhərcikləri lğəv olunub, Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir, Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işləri davam etdirilir.
 
Aydın Hüseynov sosial sahədə aparılan digər islahatlara da toxunaraq qeyd edib ki, bu siyasətin əsas istiqamətlərindən biri maaş və pensiyaların artırılmasıdır.  
"Məlum olduğu kimi Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması, eləcə də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi nəzərdə tutulub. Pensiyaların artırılması dövlətin növbəti sosial dəstəyinin nümunəsidir. Hökumət insanların sosial yaşayışına təsir edə biləcək bir sıra meyilləri də nəzərə alır. Ölkəmizdə illik inflyasiyanın artım tempindən asılı olaraq dövlət pensiyaların sığorta hissəsini hər il artırır. Hökumət inflyasiyanın səviyyəsinə uyğun olaraq pensiyaların sığorta hissəsini artırır. Bu siyasətin əsas məzmunu ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirməkdir”.
 
A.Hüseynov qeyd edib ki, bir çox ölkələrdə büdcədə sosial xərclər azaldılır. Azərbaycanda isə əhalinin sosial vəziyyətinə təsir edə biləcək bütün halların qarşısı alınıb, eyni zamanda, hökumət vətəndaşların sosial müdafiəsini daha etibarlı şəkildə qorumaq üçün büdcənin gəlir və xərclərini azaltmayıb. "2017-ci ilin dövlət büdcəsində sosial xərclər əsas xərc sahələri kimi müəyyən edilib və dövlət başçısının tapşırığı ilə əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pensiya və sosial müavinətlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatının yaxşılaşdırılması nəzərdə tutulub.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, cənab Prezident Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial məsələlərin hökumətin əsas prioritetlərindən biri olduğunu və bu sahələrə lazımi dəstək və qayğının göstəriləcəyini vurğulayıb: "Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin əsas başlıca istiqamətlərindən biri milli gəlirlərimizin insanların sosial vəziyyətinin yaxşılaşmasına yönəldilməsindən ibarətdir. Bu siyasətin tərkib hissəsi olaraq pensiyalarla bərabər, 2017-ci ildə Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook