SON XƏBƏR

Aydın Dadaşov torpağa tapşırıldı

Mart 15
18:18 2017
Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinoşünas, ssenarist, rejissor Aydın Dadaşov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
 
Teleqraf.com xəbər verir ki, dəfn mərasimində Azərbaycanfilm kinostudiyasının rəhbəri Müşfiq Hətəmov, Xamis Muradov, Azər Quliyev və başqaları iştirak ediblər.
 
Xalq artisti Elxan Qasımov Aydın Dadaşovun vəfatının Azərbaycan kinosu üçün böyük itki olduğunu deyib.
 
Professor Aqşin Babayev Aydın Dadaşovun yaradıcılığından danışaraq onun kino ilə əlaqədar hazırladığı kitabların əvəzsiz olduğunu bildirib. O, həmin kitabların hələ neçə illər tələbələrlə bərabər alimlərin də stolüstü kitabı olacağını bildirib.
 
Aydın Dadaşov ürək tutmasından dünyasını dəyişib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook