SON XƏBƏR

AXCP niyə mitinq etdi? - Ramin Hacılı yazır

Aprel 11
13:21 2017
Ramin Hacılı

2012-ci ildə Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri kimi mən Brussel tərəfindən tanındım. Bir neçə namizəd var idi. O cümlədən cəbhəçi Qənimət Zahid də. Amma mərkəz mənim göstəricilərimi məqbul saydı və adımı təsdiqlədi. O zaman AXCP-çilər üstümə hücuma keçdi. Avropalılara kürü vermişəm dedilər. Azadlıq qəzetinin iki qoşa səhifəsində yazı yayımlandı.

2013-cü ildə Demokratik İslahatlar Partiyasından ayrıldım. Cəbhəçilər onlara qoşulmağı təklif etdilər. Razılaşmadım. Daha sonra Ümid Partiyasına getdim. Yenə hücum başladı. Hətta utanmadan 2015 – ci ildə Azadlıq qəzeti Milli Məclisə Seçkilərdə saxtakarlıq etdiyimi yazdı. Bunu necə edə bilərdim?!

Neçə vaxtdı xaricdə təhsil və səyahət, qısaca, turizm sahəsində çalışıram. Yüzlərlə travel kimi. Avropaya gedənlər arasında sənəd alıb sığınacağa üz tutanlar olur. Danışanda sənədi kimlərdən və hansı qiymətə aldıqları bilinir. Bu pullar hesabına hansı partiya və təşklatlar yaşayır –ölkədə çox adama bəllidi.

Hər kəs bir cür ömür sürdürür.

Bir neçə ay əvvəl şəkil paylaşıb yazmışdılar ki, "bu vəsiqəni Razi Nurullayev verib və saxtadı”. İndi də eyni sənədi paylaşıb yazıblar ki, Ramin Hacılı edib. Bir az əvvəl də deyirdilər Müsavat Partiyasının işidi və s. Adlarını çəkmək istəmədiyim daha kimləri ittiham ediblər.

Birdən- birə mitinq etdilər. Siyasi muhacirətə getmək istəyənlərə çəkiliş üçün şərait yarandı. Onlara elə gəlir ki, özlərindən başqa heç kim onların nə işlə məşğul olduqlarını bilmir. Amma ətrafda hər kəs bilir. Ən çox da hakimiyyət bilir. Dövlət mitinqə xərclənən pulların hardan gəldiyini ifşa etməyə çalışır.

Cəbhəçilərin də əlində bir saxta dedikləri sənəd var. Dəqiqədə dövriyyəyə buraxıb adsız şahidlərin dilindən "filankəs dedi ki, bu saxta sənədi mənə .... (vurmaq istədikləri adam) verib” yazırlar.

Bu nə xislətdi belə? O filankəs kimdi?! Hansı əsasla belə alçaqlığa əl atırsız? Niyə elədiklərinizin arxasında durmursuz? Açıq şəkildə, kişi kimi deyin ki, bəli, sənəd veririk, insanlar mühacirətə gedir. Siz ki "hamıdan yaxşı” müxalifətçisiz. Hanı sizin ədalət hissiniz? Ədaləti elə yalnız hakimiyyətdən tələb etməklə iş bitmir.

Məhkəməyə müraciət etsəm deyəcəksiz ki "hakimiyyətin adamıdı, bizi tutdurur”.

Sizcə, necə davranmalıyam ki, siyasi mozaxist ritorikanız olmasın?

Sizin bazarınıza girməmişəm, qorxmayın, cənablar. İnsanlara viza almağa kömək etmişəm. Mən özümü tanıyandan adamlara kömək edirəm. Kimsə sizə deyib viza almağıma Ramin Hacılı kömək edib və qərara gəlmisiz ki, yəqin sənədlərin də düzəldib. Ağlınıza gələn bu fikirlə yanaşı – niyə Ramin vətənində xöşbəxtdi, tutulmur, döyülmür fikiri də əlavə olunub və böhtanı var gücünüzlə atmısız.

Yenə eyni tendensiya ayaq açdı. Başqasının imicinin korlanmasından həzz alanlar başladılar bu naməlum xəbəri tirajlamağa. İnsanlar, adamın başqa məxluqlardan fərqi ondadı ki, onun şüuru var. Düşünmək qabiliyyəti var. Təhlil etmədən, kor-kor gör-gör gözə girən iftiranı süzgəcdən keçirmədən paylaşmağınız pis görünür. Ortada fakt yox, söz - böhtan var.
Cəmi bir neçə gün gözləmək lazımdı.

İfşa necə olur görəcəyik hamımız.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook