SON XƏBƏR

AXCP-nin keçmiş rəhbərləri ABŞ-a sığınıblar - sensasiya

Dekabr 28
00:54 2016
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin keçmiş müavini Asəf Quliyev və sədrin sabiq müşaviri Zərifə Mahəddinova ABŞ -dan siyasi sığınacaq istəyiblər. Bu barədə musavat.com -a AXCP -dəki mənbə məlumat verib

Məlumatda vurğulanır ki , keçmiş AXCP funksionerləri təxminən 5 ay öncə turistik viza ilə ABŞ -a gediblər və oradan dönməyiblər. 

Musavat.com bildirir ki , AXCP sədrinin müavini Asəf Quliyev 2013-cü ilin sonlarında , prezident seçkisi kampaniyasının gedişində müəmmalı şəkildə , heç bir izahat vermədən istefa vermişdi. O zaman siyasi dəhlizlərdə gəzən şayiələrdə vurğulanırdı ki , Asəf Quliyev şantajla üzləşdiyi üçün  istefaya məcbur qalıb. Onu hansısa kassetlə şantaj ediblərmiş. 

Bu hadisədən 3-4 ay sonra ,2014-cü ilin fevralında isə AXCP sədri Əli Kərimli öz müşaviri Zərifə Mahəddinovanı qəflətən vəzifəsindən çıxartdı. Həmin dövrdə dərc olunan qəzetlər Z. Mahəddinovanın özünə istinadən yazırdılar ki , AXCP sədrində öz xanım müşavirinə qarşı porno kaset kompromatı var. 

AXCP sədrinin müşavirliyindən azad edildikdən sonra Z. Mahəddinova AXCP üzvülüyündən istefa vermişdi. 

Budur artıq kasset şantajına məruz qalan hər iki keçmiş funksioner ABŞ -dadırlar və iddialara görə , siyasi sığınacaq alaraq ,yaşamlarını sürdürürlər. 

Xəbərdə adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook