SON XƏBƏR

Çavuşoğlu: “Əsas şərt effektiv regional əməkdaşlıqdır”

Dekabr 01
12:15 2017
"Effektiv regional əməkdaşlıq bizə qardaş olan Əfqanıstanda sabitlik və sülhü təmin etmək üçün əsas şərtdir”.

APA-nın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib. 

"Biz güclərimizi birləşdirərək Əfqanıstana dəstək niyyətimizi 7 il öncə bəyan etmişik. İstanbul prosesi dərin köklərə malikdir. Lakin deyə bilmərik ki, siyasi dialoq istənilən səviyyədədir. Biz ortaq maraqları təşviq etməliyik. Terrorizm, illeqallaşma, narkotiklərin qanunsuz daşınması hər bir ölkə üçün təhdiddir. Region ölkələri olaraq daim dialoqu təşkil etməliyik”, - deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Türkiyə Əfqanıstanla prioritet sahələrdə əməkdaşlıq etməyə hazırdır: "Biz Əfqanıstanı qonşuları ilə əməkdaşlıq etməyə hazır ölkə kimi görürük. Biz Əfqanıstana dəstəyimizi davam etdirəcəyik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook