SON XƏBƏR

Avtobus sürücüsünə silah çəkən şəxs həbs olundu: atası sabiq polisdir

Avqust 22
10:04 2017
Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.
 
Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.
 
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.
 
Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.
 
Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib.
 
Faktla bağlı cinayət işi başlanılıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook