SON XƏBƏR

Avstriyada növbədənkənar parlament seçkilərinin ilkin nəticələri məlum olub

Oktyabr 15
23:04 2017
Avstriyada oktyabrın 15-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilk nəticələri məlum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 54% bülletenlərin hesablanmasından sonra, seçkilərdə hazırkı xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar "Avstriya Xalq Partiyası” qalıb gəlir. Partiya seçicilərin 36,45% səsini qazanıb.

İkinci yerdə sağçı "Azadlıq” partiyası (29,33%), üçüncü isə sədri hazırkı baş nazir Kristian Kern olan "Avstriya Sosial Demokrat partiyasıdır (23,07). İlkin nəticələrə əsasən, beş partiya 5 faizlik seçki baryerini keçə bilər. Adıçəkilən partiyalardan başqa buna "Yeni Avstriya” (5,8%) və "Yaşıllar” partiyası (4,2%) nail olublar.

Qeyd edək ki, seçkilərdə 16 partiya və siyasi hərəkat iştirak edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook