SON XƏBƏR

Avropadan daha 51 nəfər geri göndərildi - onları hüquq-mühafizə orqanları qarşılayıb

İyul 20
16:05 2018
İnkişaf etmiş bəzi Avropa ölkələrindən mühacir azərbaycanlıların deportasiyası davam edir. Son məlumata görə, 51 azərbaycanlını xüsusi çarter reysi ilə Bakıya deportasiya ediblər. Bu barədə sosial şəbəkədəki hilal media adlı səhifə məlumat yayıb.

Bildirilir ki, deportasiya olunanları hava limanında DTX, DİN, DSX-nin əməkdaşları qarşılayıb.

Əldə olunan informasiyaya görə, Avropadan vətənə deportasiya olunanların arasında 8 aylıq hamilə qadın da olub. Bu şəxslər 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq deport olunublar.
 
 

Yuxarıdakı fotoda görünən şəxsin Ruhin Bayramov alı siyasi fəal olduğu bildirilir. O, 4 ildir ki, Almaniyada mühacir idi. Hava limanında onu BMCMİ-nin əməkdaşları saxlayıb. Deportasiya olunan digər şəxslərin hara yerləşdirildiyi və ya sərbəst buraxıldığı barədə məlumat yoxdur.
 
(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook