SON XƏBƏR

Avropada təhlükəsizlik qeyri-normaldır - Lavrov

İyul 18
01:12 2017
Avropada təhlükəsizlik qeyri-normaldır və bunun yaxşılaşdırılmasına ehtiyac var.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xarici işlər nazirlərinin toplantısından sonra deyib.
 
"Hərbi və siyasi vəziyyət də daxil olmaqla, Avropanın təhlükəsizliyi, NATO ilə münasibətlər, ATƏT-in vəzifələri ilə bağlı bir çox məsələləri müzakirə etdik. Bundan əlavə, Avropada qeyri-normal təhlükəsizlik durumunu həll etmək və əməkdaşlığa dönüşlə bağlı danışıqlar apardıq", - Lavrov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook