SON XƏBƏR

“Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib” - Bakı Ofisinin rəhbəri

Yanvar 16
11:34 2020
"Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.

"Report” xəbər verir ki, bunu "Seckinin mediada isıqlandırlması" mövzusunda keçirilən tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes deyib.

Onun sözlərinə görə, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib:

"Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mətbuat Şurasına, Mərkəzi Seçki Komissiyasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Z.Hernyes həmçinin bildirib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir:

"Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook