SON XƏBƏR

Avropa Parlamentinin üzvü qurumun Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib

İyul 05
18:01 2018
Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai 4 iyul tarixində AP tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, N. Nikolai bildirib ki, qətnamədə qeyd edilən təkliflər Aİ ilə Azərbaycan arasındakı əlaqələrin daha da dərinləşməsinin vacibliyini vurğulayır:

"Mən 564 səslə qəbul edilmiş təkliflərə görə sevindim. Aİ Azərbaycanın ilk ticarət tərəfdaşıdır və Azərbaycan Aİ üçün strateji tərəfdaşıdır. Bu səbəbdən əlaqələrimizin çərçivəsini hərtərəfli razılaşma ilə yeniləyəcəyik. Gələcək müqavilə yalnız böyük şirkətlər üçün deyil, Azərbaycan və Avropa İttifaqı vətəndaşları üçün əlverişli və konkret fayda verəcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook