Avropa Parlamentinin sədri: "Brexit"in dayandırılması mümkündür"
Aprel 21
10:02
2017
Avropa Parlamentinin rəhbəri Antonio Tayani Böyük Britaniyanın istəyəcəyi təqdirdə "Brexit" prosesinin ləğv edilə biləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, o, bunu "The Guardian" müsahibəsində bildirib.
A.Tayaninin fikrincə, iyunun 8-də Birləşmiş Krallıqda keçiriləcək seçkilərdə ölkənin Aİ-nin tərkibində qalmasının tərəfdarlarının qalib gəlməsiylə hökumət dəyişərsə, "Brexit" təşəbbüsü asanlıqla dayandırıla bilər.
"Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır", -deyə Avropa Parlamentinin sədri vurğulayıb.
Onun sözlərinə görə, Britaniya Aİ-də qalmaq istəsə, bu, hamının xeyrinə olardı.