SON XƏBƏR

Avropa Parlamenti Qarabağda baş verənlərlə bağlı narahatlığını bildirib

İyul 06
22:16 2017
Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdikləri təxribatla bağlı bəyanat yayıblar.
 
"Trend”in məlumatına görə, Avropa Parlamentinin təmsilçiləri bu həftə Ermənistan və Azərbaycan arasında baş verən güc tətbiqindən narahat olduqlarını bildiriblər.
 
Bəyanat müəllifləri münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.
 
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook