SON XƏBƏR

Avropa Parlamenti "Brexit" sazişini dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib

Mart 29
11:55 2017
Böyük Britaniyanın Avropa İttifaqından çıxışına (Brexit) dair saziş avropalıların Böyük Britaniyada yaşamaq və ora səfər etmək hüququnu saxlamasa, Avropa Parlamenti bu sənədi donduracaq.
 
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə avrodeputatlar bildiriblər.
 
"Brexit" üzrə Aİ-nin Danışıqlar Qrupunun rəhbəri Mişel Barnye və parlament üzvləri martın 29-nun - Britaniya hökumətinin Aİ-ni tərk etmək niyyətini Birliyə rəsmən elan etdiyi tarixin insanların sərbəst yerdəyişməsinə son qoyulacağı tarix olacağından çəkinir", - qəzet yazır.
 
Qəzetin məlumatına görə, Avropa Parlamentinin mövqeyini aydınlaşdıran qətnamə aprelin 5-də səsə qoyulacaq. Bu qətnamə növbəti iki il ərzində Britaniyaya səfər edəcək avropalıların hüquqlarının məhdudlaşdırılmasının qarşısını almağa hesablanıb.
 
Qeyd edək ki, bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey iki il davam etməsi gözlənilən "Brexit" prosedurunu rəsmən başladıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook