SON XƏBƏR

Avropa Məhkəməsi NİDA-çılara kompensasiya ödənilməsinə qərar verib

İyun 07
13:53 2018
Avropa İnsan Haqları Məhkəməsi NİDA Vətəndaş Hərəkatının İdarə heyətinin keçmiş üzvləri barəsində qərarını elan edib.
 
Musavat.com xəbər verir ki, təşkilatın keçmiş üzvləri Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı konvensiyanın 5.1-ci (şəxsi azadlıq hüququ) və 18-ci (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozuntusu tanınıb, hər birinə mənəvi zərərə görə 20.000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8 il, İlkin Rüstəmzadə 8 il , Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7 il, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən apellyasiya şikayəti verilsə də məhkəmə şikayətləri təmin etməyib.
 
Onu da qeyd edək ki, adıçəkilən şəxslər prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar. Beynəlxalq "Amnesty İnternational” təşkilatı bu gənc fəalları vicdan məhbusu elan edib. Və vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook