SON XƏBƏR

Avropa Komissiyasının rəhbəri Trampla görüşdü

İyul 26
05:55 2018
ABŞ və Avropa İttifaqı qarşılıqlı faydalı əlaqələrin yeni mərhələsinə qədəm qoyurlar.

APA-nın "Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşün yekunlarına dair mətbuat konfransında bəyan edib.

"Biz bu gün Ağ Evdə münasibətlərimizdə yeni mərhələyə qədəm qoymaq, güclü münasibətlər qurmaq üçün görüşdük”, deyə D.Tramp bildirib. Onun sözlərinə görə, ABŞ və Aİ Ümumdünya Ticarət Təşkilatının islahatı üçün birgə işləyəcəklər.

"Hələ ki ticarət məsələlərinə dair danışıqlar davam edir, Avropa İttifaqı və ABŞ qarşılıqlı olaraq yeni rüsumların tətbiqindən çəkinəcəklər. Biz həmçinin energetika sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdik”, deyə J-K.Yunker qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook