SON XƏBƏR

"Avropa Bosniyada öldü, Suriyada torpağa basdırıldı"

Oktyabr 24
01:49 2017
"Bu gün Myanmada müsəlmanlara zülm edənlər buddistlərin içindən çıxan terrorçulardır. Ancaq heç kim buddizmə terrorçu demir. Hansısa yəhudi, xristian terror törədəndə heç kəs xristian terroru, yəhudi terroru demir. Amma müsəlmanlardan kimsə bu işi edəndə dərhal adını İslamla bağlayırlar. Budurmu müasir dəyərlər? Budurmu Avropa, Qərb dəyərləri?" 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniyanın unudulmaz lideri, mərhum Aliya İzzətbeqoviçin anım mərasimindəki çıxışı zamanı deyib.

"Bosniyanı xatırlayın, dünənki tarixdir. Avropanın mərkəzində, sırf müsəlman olduqları üçün öldürülən minlərlə günahsız insanı dünya "görmədi". Eynilə də bu gün Suriyadakı drama baxın. Orada öldürülən bütün uşaqlar Qərb sivilizasiyasının məzar daşlarıdır. Avropa dəyərləri, elə bu dəyərlərin öz sahibləri tərəfindən darmadağın edildi. Avropa Bosniyada öldü, Suriyada torpağa basdırıldı" — Ərdoğan qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook