SON XƏBƏR

Aurelia Qriqoriu Bakı Şopinq Festivalına qatılacaq

Aprel 20
16:44 2017
Tez-tez ölkəmizin qonağı olan Moldovanın sabiq Ombudsmanı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri xanım Aurelia Qriqoriu Bakıda keçirilən şopinq festivalında iştirak edəcək.
 
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, xanım A.Qriqoriu bu tədbirin Azərbaycana investisiya cəlb edilməsi üçün yaxşı fürsət olduğunu, "Tax Free” sisteminin ölkəyə turist, həmçinin şopinq- turlar keçirən şirkətləri cəlb etmək üçün imkan yaratdığını söyləyib.
 
O bildirib ki, aprelin 23-26-da Bakıda olacaq və mütləq festivala qatılacaq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook