SON XƏBƏR

ATV-nin efirində biabırçılıq: bir gənci lağa qoyub gülüş hədəfinə çevirdilər - VİDEO

Aprel 21
12:24 2017
ATV-nin efirində yayımlanan "İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışıb. 

AZXEBER.COM xəbər verir ki, kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası münsiflər üçün gülüş hədəfinə çevrilib. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər. 

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. 

Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin layihələrinə dəstək olmaqdır. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook