SON XƏBƏR

ATV-də lağa qoyulan Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb - Video

Aprel 21
23:08 2017
ATV-də "İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim edən zaman münsiflərin onu lağa qoyması əks olunan video sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Unikal.org həmin gəncin kimliyini araşdırıb. Verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb.

Bu barədə Unikal.org-a Təşkilatdan bildiriblər. Qeyd olunub ki, O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin "Gənc Biznesmen” layihəsinin rəhbəridir.

Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq.

ATV-nin sözçüsü Turan İbrahimov Unikal.org-a bildirib ki, O.Fəxrəddinov 2015-ci ildə "İdeya Qazandı" verilişinin fəal iştirakçısı olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook