SON XƏBƏR

ATƏT sədri bu gün Yerevana gəlir

Mart 12
14:48 2019
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə 12-13 mart tarixlərində Yerevana səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səfər çərçivəsində ATƏT-in sədri Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşlər keçirəcək.

Xatırladaq ki, Miroslav Layçak bir neçə gün əvvəl-martın 5-də Bakıya səfər edərək Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş və danışıqlar aparmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook