SON XƏBƏR

ATƏT-in Minsk qrupu: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri alqışlayırlar

Oktyabr 03
15:23 2018
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc yolla nizamlanması üçün bütün səylərini alqışlayır.

Bu barədə Trend-in Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsimom nizamlanması prosesinə mümkün təsiri barədə sorğusuna cavab olaraq ATƏT-dən bildiriblər.

Təşkilatın sorğuya cavabında deyilir: "Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik dəstəyi göstərməyə hazırdırlar”.

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook