SON XƏBƏR

ATƏT-in fəaliyyətdə olan sədri Gürcüstana gəlib

Fevral 11
12:42 2019
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak dünən Gürcüstana səfər edib.

Virtualaz.org Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində ATƏT-in sədri ölkə prezidenti, baş nazir, xarici işlər naziri, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan ilə ATƏT arasında əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasında ATƏT-in rolu, ATƏT regionunda münaqişələrin sülh yolu ilə həlli, ölkədəki demokratik vəziyyət və digər məsələlər diqqət mərkəzində olacaq.

Səfər bu gün-fevralın 11-də başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook