SON XƏBƏR

ATƏT-in baş katibi Azərbaycana gələcək

Sentyabr 04
15:18 2018
ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 11-də Azərbaycana səfər edəcək.

Bunu jurnalistlərə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, T.Qreminger səfər çərçivəsində müxtəlif görüşlər, o cümlədən Azərbaycan XİN-də görüş keçirəcək: "Görüşlərdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".

H.Hacıyev əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağı istisna deyil.

Xatırladaq ki, ATƏT-in baş katibi Tomas Qreminger bu gün Ermənistana səfər edəcək.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook