SON XƏBƏR

«Atəşgah Sığorta» vətəndaşın pulunu qaytarmır (ŞİKAYƏT)

Sentyabr 16
13:22 2017
Bakı sakini Nağı Allahverdi "Atəşgah Sığorta” şirkətindən şikayətçidir.
 
Vətəndaş "Qaynarinfo"ya yazdığı məktubda bildirir ki, banka olan borcunu vaxtından əvvəl bağlasa da, sığorta şirkətinə ödədiyiəlavə məbləği geri ala bilmir:

"Mən 27 iyul 2016-cı il tarixdə Beynalxalq Bankın Sabunçu filialından 3200 manat məbləğində kredit götürmüşəm. Bank işçisi olan Dilbazov soyadlı şəxs 2 il müddətinə LAP-No69-27.07.2016-SM91BB saylı müqaviləyə qol çəkdirərək, pulumun 4 faizini, yəni 128 manatımı əlimdən alaraq "Atəşgah Sığorta"ya ödəyib. Götürdüyüm pul 24 aylığına sığortalansa da, mən 4 ay 8 günə, yəni 128 günə bankdan götürdüyüm məbləği tam şəkildə ödəmişəm. Buna görə də sığorta şirkətinə müraciət edərək 24 aylıq sığortanın dayandırılmasını və məndən alınan sığorta pulunun yerdə qalan hissəsini, yəni 602 gün müddətinə düşən hissəsini geri qaytarmalarını tələb etdim. Lakin, onlar 602 gün deyil, 582 gün nəzərə alaraq mənə 101 manat 90 qəpik pul hesablayıb və onun da 25 faizini xidmət haqqı kimi çıxaraq (hansı xidməti nəzərdə tutduqlarını bilmirəm) mənə 76 manat 43 qəpik məbləğində pul vermək istəyirlər. Bu məbləğ kim üçünsə az görünə bilər, lakin mənim kimi imkanı aşağı olan biri üçün böyük məbləğdir. Bu pul ailəmin dolanışığı, hər ay evimə gələn kammunal xərclərimin qarşılığıdır. İmkanım normal olsa idi, bu krediti də götürməyə ehtiyac duymazdım. Götürmüşəmsə, deməli həqiqətən buna ehtiyacım olub. Digər bir tərəfdən isə sığorta 1-2 qəpiyin davasını edirsə, mən nə üçün öz haqqımı tələb etməyim? Qısa müddət ərzində banka olan borcumu qaytarmışamsa, nə üçün sığorta şirkəti borcumu bağlasam belə əlavə olaraq sığorta haqqı almalıdır? Bunu onlara halal etmirəm”, - deyə vətəndaş şikayətində bildirib.

Şikayətçi həmçinin yazır ki, bununla bağlı bütün qurumlara müraciət etsə də, bank nümayəndəsi heç kimə və heç nəyə məhəl qoymur: "Mənə bildirirlər ki, pulu köçürmək üçün "Əmrahbank”da hesab açmalıyam. Əgər mənim Beynəlxalq Bankda hesabım varsa, nə üçün əlavə xərc çəkərək başqa bir bankda yenidən hesab açmalıyam? Xahiş edirəm ki, aidiyyatı qurumlar mənə kömək etsinlər".

Vətəndaşın şikayəti ilə bağlı "Atəşgah Sığorta" ilə əlaqə saxladıq. Lakin hirkətdən bildirdilər ki, istirahət günü olduğundan suallarımıza heç kim cavab verə bilməyəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook