SON XƏBƏR

"AtaBank" kredit götürənə zamin duran qadını həbs etdirdi

Oktyabr 20
10:56 2017
Sabunçu rayon Məhkəməsinin qərarı ilə "AtaBank”dan kredit götürən şəxsə zamin duran qadın həbs edilib.
 
Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O bildirib ki, hakim Süleyman Ağayev "AtaBank”dan götürülən kreditə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs edib.
 
Buna səbəb isə onun zamin durduğu şəxsin banka 8701 manat borcu qalmasıdır.
 
L.Bunyatova "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşıdır.

Ə.Həsənov qeyd edib ki, lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib.


Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

("Qafqazinfo”)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook