SON XƏBƏR

Astarada Zəfər Parkı salınır

Fevral 15
11:34 2021
Astarada Zəfər Parkı salınır.

APA-nın verdiyi məlumata görə, Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər Parkı inşa edilir.

Rayonun Heydər Əliyev Prospektində 1400 kv/m sahəsi olacaq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb. Hazırda suvaq işləri davam etdirilir. Suvaq işləri tamamlandıqdan sonra üzlük və tamet daşlarının düzülməsinə başlanılacaq.

Abidənin mərkəzində Vətən müharibəsinin qalibi - Azərbaycan əsgərinin abidəsi ucaldılacaq. Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər əkiləcək. Zəfər Parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.

Bununla yanaşı Astaradakı Şəhidlər Xiyabanı da yenidən qurulur. Tamamilə yenidən qurulan xiyabanda Birinci Qarabağ və Vətən müharibəsində, Aprel döyüşlərində şəhid olan 124 astaralı şəhidin xatirəsi əbədiləşdiriləcək. Onlardan 41 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Abidənin ətrafındakı xüsusi hazırlanmış mərmər lövhələrdə Birinci Qarabağ və Vətən Müharibəsində, o cümlədən Aprel döyüşlərində canını Vətən uğrunda qurban verən qəhrəman şəhidlərimizin adları həkk olunacaq. 

Şəhidlər Xiyabanında yenidənqurma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook