SON XƏBƏR

Astanada Qazaxıstan və Gürcüstan prezidentlərinin görüşü keçiriləcək

İyun 13
07:48 2017
Bu gün Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Gürcüstan prezidenti Georgi Marqvelaşvili arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Qazaxıstan prezidentinin "Akorde” iqamətgahında baş tutacaq.

Bundan əvvəl Gürcüstanın Qazaxıstandakı səfiri Zurab Abaşidze bildirib ki, G.Marqvelaşvilinin səfəri Qazaxıstan və Gürcüstan arasında siyasi, ticarət-iqtisadi, investisiya, humanitar və mədəni əlaqələrə əlavə töhfə verəcək.

Nursultan Nazarbayev isə bildirib ki, gürcü həmkarı ilə ikitərəfli münasibətlərlə bağlı geniş əhatə dairəsi olan məsələləri, əməkdaşlığın yeni istiqamətləri və perspektivlərini müzakirə edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook