SON XƏBƏR

AŞPA Avropa Məhkəməsini İlqar Məmmədovun işi ilə bağlı tez qərar verməyə çağırıb

Oktyabr 14
20:25 2017
Avropa Şurası Parlament Assambleyasının bürosu oktyabrın 13-də Avropa İnsan Hüquqları Məhkəməsini Azərbaycanın İlqar Məmmədovun işi üzrə məhkəmənin qərarını yerinə yetirib-yetirmədiyi məsələsi ilə bağlı mümkün qədər tez rəy verməyə çağırıb.
 
Azərbaycanın İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını daim icra etməməsi ilə əlaqədar Assambleya Bürosu Avropa İnsan Hüquqları Konvensiyasının tərəflərini mümkün qədər tez Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş proseduru tətbiq etməyə çağırır, deyə Büronun AŞPA saytında yerləşdirilmiş məlumatında bildirilir.
 
Konvensiyanın 46-cı maddəsində deyilir ki, Nazirlər Komitəsi ölkənin işlə bağlı yekun qərarı yerinə yetirməkdən imtina etdiyini hesab edirsə və məhkəmə pozuntunu təsdiq edirsə iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir.
Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
 
ReAl Hərəkatının lideri İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. Şəhərə sakitlik bərpa edildikdən sonra gəlməsinə baxmayaraq Məmmədovu kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham ediblər və 7 il müddətinə azadlıqdan məhrum ediblər.
 
2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
 
Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq ("Amerikanın səsi").



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook