SON XƏBƏR

Aşıq Azər Xanlaroğlu əməliyyat olunacaq

Mart 29
11:21 2017
Bu gün Aşıq Azər Xanlaroğlu əməliyyat olunacaq

Bu barədə AzNews.az-a aşığın yaxınları məlumat verib. 

Onların sözlərinə görə, əməliyyat Türkiyənin İstanbul şəhərinin özəl xəstəxanalarının birində baş tutacaq: "Əməliyyat sol ayağında aparılacaq. Bu damarların varikoz genişlənməsidir, el arasında "fil” xəstəliyi deyirlər. Azər xəstəliyin ən ağır formasını yaşayır.”

Əməliyyata həkim Ahmet Akgül rəhbərlik edəcək: "Həkimlər əməliyyatdan sonra onun Türkiyədə iki ay nəzarət altında qalacağını deyib. Əməliyyatın ilkin xərci 15 000 dollardır. Yəqin ki, əməliyyatdan sonra daha çox maliyyə vəsaiti tələb olunacaq.”

Azər Xanlaroğlu uzun zamandır ki, "hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook