SON XƏBƏR

Asim Mollazadə Braziliya səfiri ilə görüşüb

İyun 26
10:24 2019
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. 

Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycan-Braziliya münasibətləri, ölkəmizdəki və regiondakı ictimai-siyasi durum müzakirə edilib. 

Asim Mollazadə qonağa ölkəmizdəki ümumi vəziyyət, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook