Asif Əsgərovun mer olmaq arzusu puça çıxdı - Prokonsulun "siyasi epopeya"sının süqutu
May 23
23:18
2017
Ötən
ilin payızında ölkədə keçirilən ümumxalq səsverməsindən sonra dövlətin siyasi
idarəetmə sistemində köklü dəyişikliklərin başlanacağı gözlənilirdi. Ancaq
bununla bərabər orta ranqlı məmur kontingenti ali siyasi idarəetmədə praktiki
olaraq dəyişikliyin tezliklə baş verməyəcəyini düşünürdülər. Lakin bu məmur
kontingentinin düşündüklərini Respublika Prezidenti İlham Əliyev cənabları bu
ilin fevral ayının 21-də imzaladığı sərəncamla alt-üst etdi. Belə ki, fevral
ayının 21-də dövlət başçısının sərəncamı ilə uzun illərdən bəri ölkənin
ictimai-siyasi həyatında mühüm əhəmiyyəti olan, millət vəkili, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Respublikanın birinci
vitse-prezidenti təyin edildi. Prezident İlham Əliyev cənablarının dəqiq, çevik
və uğurlu təyinatından sonra hakimiyyət daxilində olan bəzi qruplaşmalar ciddi
narahatçılıq keçirməyə başladılar.
Qlobal.az-ın
əldə etdiyi məlumata görə, hakimiyyətin üst düzeyində baş tutan ciddi dəyişikliklərdən
narahat olan məmurlardan biri də Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif
Əsgərovdur. Saytımıza verilən məlumata görə, Asif Əsgərov gələcək karyerası
ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali
hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa
iştirakıdır. Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun
"iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə
mediasında tirajlanıbdı.
Prezidentin
məmurlara övladları ilə bağlı xəbərdarlığından nəticə çıxarmayanlardan biri də
Asif Əsgərovdur
Asif
Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun "avtoş”luğuna görə "cəlb” etməyə
başlayıb. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində
işləyərkən oğlu İlham Əsgərlinin
idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mersedes” markalı avtomobil 23
yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində
"MCDonalds” restoranlarının
Bakı üzrə rəhbəri Maqsud Mirzəyevin 16
yaşlı oğlu Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi.
2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra
başçısının oğlu ötən ilin noyabr ayının 12-də "cəzanın
çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan
dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası
aldı.
Nəsimidə "yaşıl soyqrım”
Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə
başçı təyin edildikdən sonra yeni başçının "gəlişini” ilk hiss edən rayonun florası
oldu. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar
məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən
deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən "yaşıl soyqrım”lardan biri
bu ilin mart ayının 31-də həyata keçirildi. Ola bilsin bu tarix əziz
oxucularımıza 100 il bundan əvvəli xatırladır. Ancaq bu dəfə həyatına son
qoyulan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci
illərində əkdiyi ağaclar idi. Rayonun 4-cü mikrarayon ərazisində beş mərtəbəli binaların
həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət
yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti
tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan
istirahət bağındakı ağaclar kəsilərək "Kamaz”larla daşındı. Qeyd edək ki, o
vaxt Nəsimi RİH-i baş verənlərə həmin ərazidə
abadlıq işləri aparıldığını deyərək haqq qazandırdı. Ancaq sakinlər iddia
edirlər ki, ərazi iş adamlarına satılıb və yaxın günlərdə hündürmərtəbəli
binaların tikintisinə başlanacaq.
Rayonda digər "agac qətliamı” ötən
ilin dekabrında Hüseynbala Əliyev küçəsindəki
10 saylı binanın həyətində həyata keçirildi. Yenə də sakinlərin
etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib
kökünü torpaqladılar. Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini
bildirdilər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə
başça yox, başqa obyektin tikiləcəyini deyirlər.
İcra başçısının professorla
"yüzminlik qovğası”
Asif Əsgərovun qol qoyduğu ən
böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus
(Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən
hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü. Rafiq
Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb
olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il
tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi
məktub ünvanlayıblar: "Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin
qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən
qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı
cavab verməyib. Lakin bir neçə gündən - daha dəqiq desək, oktyabrın 18-də
hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə
gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa
çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və
İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək
"qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin
işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi
rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün
isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri
hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız
göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi
göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil,
yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri
üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri
olduğunu deyiblər".
Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz
olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək,
baş verənləri məmur özbaşınalığı adlandırmışdı.
Ancaq sonradan virtualaz.org
saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti
(RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi.
R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra
başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi
bildirilib. Qeyd edək ki, söhbət Nəsimi rayonu, Vaqif prospekti, 103 ünvanında,
987-ci məhəllədə yerləşən "İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti
işlərinin aparılmasından gedirdi.
Unutmayaq ki, 1 sotda tikinti
aparılması üçün 300 min manat tələb olunan rayonun ərazisində minlərlə sot
torpaq var...
Asif Əsgərovla professor Rafiq
Əliyev arasında yaranan bu qalmaqalda ilginc bir detal var idi. Belə ki, Rafiq
Əliyevə məxsus ərazinin hasarlarını sökməyə gələn 20-ə yaxın şəxsin heç birində rayon Təsərrüfat
İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanmışdı. O zaman
sual olunur, bəs kim idi bu şəxslər? Darıxmayın, indi aşağıdakı yazıları
oxuyanda Rafiq Əliyevin "qoçu” adlandırdığı bu şəxslərin kimliyi barədə
mlumatınız olacaq.
Asif Əsgərovun cüdoçuları
Öncə onu xatırladaq ki, 1966-cı il təvəllüdlü Asif Əsgərov 2001-ci ildə isə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məzun
olmamışdan əvvəl, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1994-cü
ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma
komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I
vitse-prezidentidir.
Bu ilin fevral ayının 2-də Nəsimi
Rayon İcra Hakimiyyəti başçısı yanında 2016-cı
ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş Şuranın geniş iclası
keçirildi. Həmin iclasda Asif Əsgərov rayonda görülən işlərdən daha çox iclasda
iştirak edən cüdoçulara görə mətbuatın diqqətinə gəldi. Keçirdiyi toplantıda Nəsimi
rayonunun problemlərini müzakirə etmək, onlardan çıxış yolu axtarmaq əvəzinə
Asif Əsgərov Olimpiadada mükafat qazanmış idmançıların hesabına özünü reklam
etməyə çalışması haqlı narazılığa səbəb oldu. Mediada bu mövzuya geniş yer
verilsə də, Nəsimi RİH-i məsələyə münasibət bildirmədi.
Son olaraq qeyd edək ki, Asif Əsgərov haqqında olan bu
informasiyalardan hakimiyyətin ali instansiyalarının ən xırda detallara qədər xəbərləri
var. Ona görə ehtimal olunur ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı kimi ən böyük arzusunu əbədi olaraq qəlbinin dərinliklərində dəfn etmiş Asif Əsgərovun "siyasi epopeya"sının artıq qürub
dövrüdür...
Qlobal.az