SON XƏBƏR

Asəf Zeynallının məzarı biabırçı vəziyyətdədir (FOTO)

İyun 02
10:14 2020
Azərbaycan dahi bəstəkarlarından olan Asəf Zeynallının məzarı baxımsız vəziyyətdədir.
 
Bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında foto paylaşıb. O, bildirib ki, Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəstəkarın məzarının belə vəziyyətdə olması utanc saçan görüntüdür:
 
"Ona görə ki, bu günlərdə həbs edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 10 milyonlara obyektlər alanda sərhədsiz istedad sahibi olmuş, cəmi 23 yaşında bütün mədəniyyət nazirliyinin on illərdə görmədiyi işlər görmüş A.Zeynallının qəbri də elə bu gündə olmalı idi... A.Zeynallı 23 il yaşamasına baxmayaraq Azərbaycan milli romans, piano və simfonik musiqinin banisi sayılır. Dahi Üzeyir Hacıbəyovun sinfini bitirmiş A.Zeynallı Tofiq Quliyev və Qara Qarayev kimi bəstəkarlara dərs keçib. Onun xidmətləri barədə uzun yazmayacam, çünki bu barədə musiqiçilərimizin danışması daha doğru olardı".

Hüuquşünas bir zamanlar Asəf Zeynallının adını daşıyan musiqi texnikumundan onun adının götürülməsini də düzgün addım hesab etmədiyini qeyd edib:

"Elə indilərdə oxudum ki, 1953-cü ildən Asəf Zeynallının adını daşıyan Musiqi Texnikumu 2001-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci adlandırılır və A.Zeynallının adı oradan götürülüb. Sadəcə ayıbdır, özü də hamımız üçün! Dəqiq bildiyim odur ki, bu gün ona sahib çıxacaq heç kimi yoxdur. Çünki, onun da hansısa qohumu mühüm bir vəzifədə olsaydı, şəhərin görkəmli yerində dövlət hesabına yüz minlik heykəli ucalardı, adına kolleclər, texnikumlar fəaliyyət göstərərdi. Deməli biz hələ də Xalq olaraq öz dəyərlərimizə sahib çıxa bilmirik! Nə qədər ki, öz milli dəyərlərimizə sahib çıxmayacayıq, hansısa gələcəkdən danışmaq əbəsdir. Ümid edirəm ki, bu biabırçılıq ictimailəşəndən sonra lazımı tədbirlər görüləcək və ən əsası dahi Asəf Zeynallının adı öz yerinə qayıdacaq!"
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook