SON XƏBƏR

Ağsaqqallar Şurasının üzvləri “Ana fəryadı” abidəsini ziyarət ediblər

Fevral 24
13:39 2017
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Ana fəryadı” abidəsini ziyarət ediblər.

APA-nın məlumatına görə, Şura üzvləri abidənin üzərinə gül dəstələri düzüb, önünə əklil qoyublar.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 25 il öncə ermənilərin Xocalıda törətdiyi vəhşiliyi Azərbaycan xalqı hər il ürək ağrısı ilə yad edir: "Bu vəhşilik hər kəsin ürəyini ağrıdır. Uşaqdan tutmuş qadına, qocaya qədər, vəhşilik etmək tarixdə misli görünməmiş hadisədir. Xalqımız bu günü soyqırım günü kimi qeyd edir. Bütün dünya bilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tarixi belə qətliamlarla doludur. Bu qanlı faciələr heç vaxt unudulmayacaq. Bu gün bizim prezidentimiz cənab İlham Əliyevin apardığı dözümlülük, münaqişələri yalnız sülh yolu ilə həll etmək siyasəti tək bizim üçün yox, dünya xalqları üçün də əhəmiyyətlidir. Çünki əsrimiz münaqişələr əsridir. Bu münaqişələrə son qoyulacaq. Bizim işğal edilmiş torpaqlarımız geri qaytarılacaq. Bu yaxınlarda Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki mənzərəni bütün dünya gördü. Ermənilər təkcə insanları qırmayıb, onlar yaşayış evlərini də dağıdıblar. Bu, vəhşilikdir. Xalqımıza başsağlığı verirəm. Nəinki burda, heç bir ölkədə insanların başına bu cür faciələrin gəlməməsini arzu edirəm".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook