SON XƏBƏR

“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi

Fevral 08
11:15 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.

"Report”un məlumatına görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən Tağı Tağı-zadə "AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook