SON XƏBƏR

"ASAN xidmət" mərkəzlərinin iş qrafiki dəyişdi

Yanvar 18
11:48 2017
Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq "ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.
 
ASAN-dan virtualaz.org-a verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda, profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.
 
Bundan sonra "ASAN xidmət” mərkəzləri həftənin bazar günü vətəndaşlara saat 10.00-dan 14.00-dək xidmət göstərəcək, "ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.
 
Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook