SON XƏBƏR

Arzu Rəhimovun yeni müavinləri - Biri icra başçısının qardaşı, digəri sabiq deputatın oğludur

Fevral 20
18:02 2018
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Şahvələd İsmayıl oğlu Əliyevi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin maliyyə və maddi-texniki təminat üzrə müavini, Yusif Həsən oğlu Mirzəyevi Xidmət rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsinə təyin edib.

Unikal.org  xəbər verir ki, vəzifəyə təyin olunan Şahvələd İsmayıl oğlu Əliyev Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışıb. Azərbaycan Respublikasının Prezidenti 14 avqust 2010-cu il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Şahvələd Əliyev Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Əliyev Ziyəddin İsmayıl oğlunun qardaşıdır.

Yusif Həsən oğlu Mirzəyev isə tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyevin oğludur. 

O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook